Customer Service
0

Favoridə məhsul yoxdur

0

Favoridə məhsul yoxdur

Etiketlər

Video nəzarət kameraları - Təhlükəsizlik sistemləri Astel’də!

Video nəzarət kameraları - Təhlükəsizlik sistemləri Astel’də!

Günümüzdə texnologiyanın inkişafı həyatımızın bütün sahələrinə təsir göstərdiyi kimi, təhlükəsizlik sahəsində də köklü yeniliklərə səbəb olmuşdur. Bu dəyişikliklərin mərkəzində isə video nəzarət sistemləri dayanır. Keçmişdə yalnız dövlət qurumlarında və iri müəssisələrdə istifadə edilən videomüşahidə sistemləri, bu gün artıq əmlakların, iş yerlərinin və ya şəxsi məkanların 24/7 qorunması üçün geniş şəkildə tətbiq olunur. 
Astel olaraq təqdim etdiyimiz məhsullar sırasında beynəlxalq səviyyədə tanınan video nəzarət, video izləmə, videomüşahidə və kamera sistemləri yer alır. 

Video nəzarət sistemləri nədir? Necə işləyir?
Video nəzarət sistemləri, ətraf mühitdə baş verən hadisələri hər an izləmək, vaxtında müdaxilə edə bilmək və təhlükəsizlik hissini artırmaq ehtiyaclarını qarşılayan texnoloji sistemdir. Bu sistemlərin əsas komponentlərinə kameralar, qeydiyyat cihazları (NVR və ya DVR), yaddaş qurğuları və idarəetmə proqram təminatı daxildir. Beləliklə, həm video izləmə, həm də məlumatların saxlanılması funksiyalarını yerinə yetirir.
Ənənəvi sistemlərdən fərqli olaraq müasir bəzi qabaqcıl video nəzarət sistemləri süni intellekt və üz tanıma texnologiyalarını da dəstəkləyir. Yalnız hüquq pozuntularının qarşısını almaqla kifayətlənməyən video nəzarət sistemi, həm də sosial davranışlara da təsir göstərir. Araşdırmalar göstərir ki, videomüşahidə kameraları olan ərazilərdə cinayət hadisələrinin sayı əhəmiyyətli dərəcədə azalmışdır.. 

Video izləmə sistemlərinin inteqrasiyası
Müasir video izləmə sistemləri yalnız görüntülərin qeydə alınması ilə məhdudlaşmır. Həmçinin bu sistemlər aşağıdakı xüsusiyyətlərə aid oluna bilər:
* Hərəkət aşkarlama
* Səslə reaksiya
* Tüstü və istilik sensorları ilə inteqrasiya
* Görüntülərin bulud sistemlərində saxlanılması
* Mobil tətbiqlərlə uzaqdan nəzarət


Qeyd etdiyimiz bu xüsusiyyətlər, video nəzarət sistemlərini daha funksional və geniş istifadə olunan hala gətirir.

Videomüşahidə seçimində diqqət etməli olduğumuz məqamlar nələrdir?

İstifadə olunduğu sahəyə uyğun videomüşahidə sistemləri, fərqli texniki göstəricilərə malik olmalıdır. Məsələn, kiçik ofislər və evlər üçün sadə sistemlər yetərli ola bilər, lakin sənaye obyektləri, ticarət mərkəzləri üçün yüksək keyfiyyətli görüntü, geniş əhatəli kamera sisteminə ehtiyac duyulur. 
Seçim zamanı aşağıdakı məqamlara diqqət yetirmək vacibdir:
* Görüntü keyfiyyəti (HD, Full HD, 4K və s.)
* Gecə görüntüləmə (infraqırmızı funksiyası)
* Saxlama həcmi və bulud dəstəyi
* IP və ya analoq kamera seçimi
* Real vaxtda video izləmə imkanları


Doğru texniki seçim yalnız təhlükəsizliyinizi təmin etmir, eyni zamanda büdcənizin doğru idarə olunması baxımından da səmərəlidir.

Kamera sistemi və hüquqi öhdəliklər
Ərazi təhlükəsizliyinin təmin edilməsində videomüşahidə sistemlərinin quraşdırılması, mövcud qanunvericilik tələblərinə uyğunluğu mütləq şəkildə nəzərə alınmalıdır. Xüsusilə şəxsi məkanın toxunulmazlığı və məlumatların qorunması əsas şərtlərdən biridir.
Sahibkarlar video nəzarət sistemləri qurarkən, müşahidə olunan sahələrdə görüntülərin yalnız müvafiq məqsədlərlə istifadə olunmasını təmin edən xəbərdarlıq lövhələri yerləşdirməlidirlər, əks halda hüquqi ziddiyyətlərlə qarşılaşa bilərlər.

Evinizi və ofisinizi qorumağın ən ağıllı yolu - Videomüşahidə sistemləri
Evinizi və əmlakınızı ən yaxşı şəkildə qoruyacaq videomüşahidə sistemləri sayəsində istənilən an nəzarət edə, ailə üzvlərinizin təhlükəsizliyindən əmin ola bilərsiniz. Artıq videomüşahidə sistemləri fərdi istifadəçilərin də rahatlıqla istifadə edə biləcəyi bir vasitəyə çevrilib. Wi-Fi dəstəkli IP kameralar, istənilən yerdən mobil tətbiqlər vasitəsilə izlənilə, bulud sistemlərində saxlanıla bilər. Eyni zamanda səsli interkom funksiyaları ilə bu kameralar, videomüşahidə sistemindən daha çox ağıllı ev texnologiyasının bir parçası kimi fəaliyyət göstərir.
Ofis mühitlərində isə kamera nəzarət sistemi həm ofislərin qorunması, həm də işçilərin performansının qiymətləndirilməsi üçün istifadə olunur. Beləliklə, qeyri-qanuni davranışlar, əmək intizamının pozulması və daxili anlaşılmazlıqlar daha asanlıqla müəyyən edilir. 

Gələcəyin təhlükəsizlik sistemləri 
Texnologiyada baş verən sürətli yeniliklər, video izləmə sistemlərini daha ağıllı hala gətirir. Süni intellekt əsaslı * xüsusiyyətləri:
* Şəxslərin tanınması
* Qalabalıq analizləri
* Təhlükəli davranışların əvvəlcədən müəyyən edilməsi
* Anormal hərəkətlərin avtomatik xəbərdarlığı


Bu üstünlüklər sayəsində video izləmə sistemləri təkcə təhlükəsizlik məqsədilə istifadə edilən vasitə olmaqdan çıxaraq, həm də qərarvermə alətinə çevrilir.

Video nəzarət sistemlərinin vacibliyi 
Fərdi yaşayış evlərindən, iri ticarət obyektlərinə və açıq ictimai məkanlara qədər hər yerdə, kamera nəzarəti olmadan təhlükəsizlik sistemlərini tam hesab etmək mümkün deyil.
Yalnız mövcud vəziyyətin qeydə alınması ilə kifayətlənməyən videomüşahidə, kamera sistemi, video nəzarət və video izləmə texnologiyaları, həm də gələcək təhlükələrin qarşısını almağa yönəlib. Gələcəkdə bu texnologiyaların daha da inkişaf edərək, süni intellektlə sıx inteqrasiya olunacağı qaçılmazdır.
Əgər siz də mülkiyyətinizi və sevdiklərinizi qorumaq istəyirsinizsə, Astel’in etibarlı və funksional video nəzarət sistemlərini qurmaqla təhlükəsizliyinizi bir üst səviyyəyə daşıya bilərsiniz.

Paylaş:

Şərhlər

Səbət
Müqayisə et
İstəklər
Daxil ol