Customer Service
0

Favoridə məhsul yoxdur

0

Favoridə məhsul yoxdur

Girişə Nəzarət Sistemləri ilə Ofisdə Təhlükəsizlik

Girişə Nəzarət Sistemləri ilə Ofisdə Təhlükəsizlik

Girişə nəzarət sistemləri ilə ofisdə təhlükəsizliyi necə təmin etmək olar?

Müasir ofis mühitində təhlükəsizlik tələbləri gün keçdikcə daha yüksək səviyyədə artmağa başlayıb. İşçilərin, ziyarətçilərin və xüsusilə həssas məlumatların qorunması üçün şirkətlər etibarlı girişə nəzarət sistemlərinə üstünlük verir. Bu texnologiyalar təkcə qapıların açılıb-bağlanmasını idarə etmir, həm də nəzarət, hesabat və qabaqlayıcı təhlükəsizlik tədbirləri üçün mühüm rol oynayır. 


Girişə nəzarət sistemləri nədir və necə işləyir?

Ofis daxilində işçi və ziyarətçilərin hərəkətini izləmək, icazəsiz keçidlərin qarşısını almaq üçün girişə nəzarət sistemlərindən istifadə olunur. Bu sistemlər, adətən kart, barmaq izi, üz tanıma və ya mobil tətbiq kimi vasitələrlə idarə olunur. 


İş mühitində rahatlıq və nəzarət imkanları təqdim edən girişə nəzarət sistemlərinin üstünlükləri aşağıdakılardır:


  • Hər bir keçid qeyd olunur və arxivlənir
  • Əməkdaşlara fərqli giriş səviyyələri təyin edilir
  • İcazələr istənilən an sistemdən silinə və ya dəyişdirilə bilər
  • Hadisə baş verdikdə kim, nə zaman, harada olub, aydın görünür


Access Control nədir və nə üçün vacibdir?

Ənənəvi açar sistemləri ilə müqayisədə access control texnologiyaları, ofisdə şəxslərin nə zaman və haraya daxil ola biləcəyini idarə edən sistemlər toplusudur. Bu sistemlər həm fiziki (qapılar, turniketlər), həm də rəqəmsal (server otaqları, məlumat bazaları) girişlər üçün tətbiq olunur. 

Məsələn, itmiş açar təhlükə yarada bilər, ancaq access control sistemində kart və ya icazə saniyələr içində deaktiv edilir. 

Bu sistemlər həmçinin aşağıdakı imkanları təmin edir:


  • Real vaxtda keçidlərin izlənməsi
  • Hər şöbəyə yalnız aid şəxslərin girişinin təmin olunması
  • Növbəli iş rejimlərində avtomatik icazə idarəsi
  • Ziyarətçi keçidlərinin qeydiyyatla və məhdudiyyətlə təmin edilməsi


Elektron kilid sistemlərinin üstünlükləri

Ofislərdə istifadə olunan elektron kilid sistemləri həm funksional, həm də təhlükəsiz həll təklif edir. Kart, barmaq izi, kod və ya mobil tətbiq üzərindən rahatlıqla nəzarət etmək mümkündür, fiziki açara ehtiyac olmadan giriş imkanı təqdim edir.

Bununla yanaşı, itirilmiş kart və ya smartfon ilə təhlükə yarandıqda, giriş icazəsi dərhal sistem tərəfindən bloklanır və ləğv olunur, beləliklə, risk aradan qaldırılır. Bu, ənənəvi kilid sistemlərində mövcud olmayan bir üstünlükdür. Nəticədə, həm təhlükəsizlik, həm də operativlik təmin olunur.

Elektron kilid sistemlərinin üstünlükləri:

  • Açar itməsi riski yoxdur
  • Qapıya müdaxilə halı dərhal sistemdə əks olunur
  • Giriş cədvəli və hesabatları real vaxtda alınır
  • Qapıların açılıb-açılmadığı izlənə bilir

Ofis təhlükəsizliyində girişə nəzarətin rolu

Müəssisənin ölçüsündən asılı olmayaraq, ofis təhlükəsizliyi hər zaman əsas mövzulardan biridir. Bu anlayış yalnız fiziki mühafizə ilə məhdudlaşmır, eyni zamanda daxili məlumatların qorunması, əməkdaşlar arasında etibarlılıq və məhsuldarlığın artırılması baxımından mühüm rol oynayır.

Mövcud tədqiqatlar göstərir ki, strukturlaşdırılmış girişə nəzarət sistemi olan müəssisələrdə iş intizamı və məxfi məlumatların qorunması nəzərəçarpacaq dərəcədə müşahidə olunur. Xüsusilə də maliyyə, hüquq və texnologiya sahəsində fəaliyyət göstərən ofislər üçün bu cür təhlükəsizlik sistemləri zərurətə çevrilib.

Araşdırmalar göstərir ki, bu sistemlərdən istifadə edən müəssisələrdə:

  • Məhsuldarlıq 18%-ə qədər artır
  • İşçi məsuliyyəti güclənir
  • Məxfi məlumatlara icazəsiz çıxış halları azalır
  • Daxili nəzarət və auditlər daha effektiv olur


Girişə nəzarət sistemləri yalnız təhlükəsizlik məqsədilə istifadə edilmir

Bu texnologiyalar sadəcə icazəsiz girişlərin qarşısını almaq üçün deyil, eyni zamanda əməliyyat proseslərinin daha effektiv idarə olunması üçün tətbiq olunur. Məsələn, müəyyən şöbələrə yalnız həmin bölmədə çalışan şəxslərin keçid icazəsi verilir. Bu həm təhlükəsizlik risklərini azaldır, həm də məsuliyyət bölgüsünü dəqiq şəkildə tənzimləyir.


Xüsusilə pandemiya dövründə təmassız keçid sistemlərinə tələbat artdı. Şirkətlər kart əvəzinə mobil tətbiqlərlə idarə olunan access control sistemlərinə keçid etdilər. Mobil tətbiq vasitəsilə qapıların açılması imkanlarının tətbiqi, ofis təhlükəsizliyinə gigiyenik üstünlüklər də gətirmişdir. Bu xüsusiyyətlər, ofis sahiblərinin daha çox maraq göstərməsinə səbəb olmuşdur. 


Daha təhlükəsiz ofis mühiti üçün doğru addım


Müxtəlif təyinatlı müəssisələrdə, istər ofislər, banklar, mağazalar, istərsə də istehsalat sahələri olsun avtomatik girişə nəzarət sistemlərindən geniş tətbiq olunur. Şifrəli panellər və avtonom hesab kartları girişə nəzarət sistemlərinin ən sadə vasitələridir. Sistemin icra hissəsində isə adətən elektron kilidləri, turniketləravtomatik qapılar kimi müxtəlif həllərdən istifadə edilir.

Bugünkü rəqabətli iş mühitində yalnız məhsuldarlıq deyil, eyni zamanda təhlükəsizlik də ön plana çıxır. Ofislərin daha sistemli, nəzarət edilə bilən və risklərdən uzaq bir mühitə çevrilməsində girişə nəzarət sistemləri mühüm rol oynayır.

Əgər siz də ofisinizdə təhlükəsizliyi təmin etmək və idarəetmə proseslərini asanlaşdırmaq istəyirsinizsə, access control sistemlərinə keçid etmək bir seçim deyil, zərurət olmalıdır.


Şərhlər

Səbət
Müqayisə et
İstəklər
Daxil ol